Xalq artisti Brilliant Dadaşova pərəstişkarlarına ismarış göndərib.
Moderator.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında Facebook səhifəsini hər gün nəzarətdə saxladığını deyib:
"Son vaxtlar Facebook-dakı profilimin keşiyində dayanmışam. Narahatam ki, səhifəmə mənə aid olmayan şəkil, mahnı yerləşdirərlər. Əslində guya yaxşılıq edirlər. Amma istəmirəm belə hallar yaşansın. Şəxsi səhifəmdə yalnız mənim mahnılarıma və şəkillərimə yer var".






























































































