“Hesab edirəm ki, xidməti olan adamlara diqqət göstərilməsi təqdirəlayiqdir”
Bunu Moderator.az-a açıqlamasında məşhur tarzən, xalq artisti Ramiz Quliyev bir qrup sənət adamının ölkə başçısı tərəfindən təltif edilməsinə münasibət bildirərkən deyib. R.Quliyev bildirib ki, bu təqdirəlayiq bir addımdır:
“Sənət adamlarının ölkə başçısı tərəfindən təltif edilməsini çox yüksək qiymətləndirirəm. Sənətkara diqqət və qayğı göstərilməsi onun gələcəyinə stimul verir. Hesab edirəm ki, xidməti olan adamlara diqqət göstərilməsi təqdirəlayiqdir. Ona görə də həmişə gözləyirik ki, vaxtı gələndə həmin sənətkarları bu şəkildə təltif etsinlər. Dövlət və millət qarşısında xidməti olan sənətkara vaxtında qiymət verilirsə, bu daha yaxşı olur. Teatr xadimlərinin bu şəkildə təltif edilməsini alqışlayıram və düşünürəm ki, bundan sonra dövləti üçün xidmət edən hər bir sənətkar vaxtı gələndə bunun bəhrəsini görəcək”.xa0
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə xalq artisti Hacı İsmayılov “Şöhrət” ordeni, Əməkdar artist Yadigar Muradov “Tərəqqi medalı ilə təltif edilib. Bununla yanaşı, Balakişi Qasımov və Elman Talıbova vəsiqə və nişanlar təqdim edilib.xa0
xa0Vasif Əlihüseyn


































































































