“26 yaşında nə üz dartılması?”  - Safura Əlizadə

“26 yaşında nə üz dartılması?” - Safura Əlizadə

Hazırda oxunan: “26 yaşında nə üz dartılması?” - Safura Əlizadə

253651
“Deməli, iki uşaq anası olandan sonraxa0 kökəlsəydim, deyərdilər ki, nə gündədir. Amma mən ki, dəyişməmişəm, əksinə arıqlamışam, üzümdə isə bir dənə belə qırış yoxdur”.xa0

Bu sözləri Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əlizadə instaqram səhifəsində yazıb.xa0xa0

Moderator.az xəbər verir ki, Safuraxa0 “Qafqazinfo”nun onun botoks etdirməsi və xarici görünüşündəki dəyişiklik barədə yazdığı xəbərə reaksiya verib.xa0 Keçmiş müğənni iddiaları təkzib edərək heç bir estetik prosedura əl atmadığını bildirib:

“İndi də deyirlər ki, üzünə botoks vurdurub. 26 yaşında nə botoks, nə iynələr? Hə, bəzi dəyişiklər ola bilər. Çünki mən də insanam və iki uşaq anasıyam. Bu, normal haldır, az da olsa dəyişməliyəm. Narahat olmayın, genetikam elədir ki, hələ uzun müddət iynələrə və botokslara ehtiyacım olmayacaq. Özünüzdən belə xəbərlər uydurmağı dayandırın. Artıq gülməlidir. Hansısa məntiq olmalıdır. 26 yaşında nə üz dartılması?”



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO