"Dedilər ki, açıq-saçıq geyinməlisən, məni qışqırda-qışqırda..."

Hazırda oxunan: "Dedilər ki, açıq-saçıq geyinməlisən, məni qışqırda-qışqırda..."

157324
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni İlqar Xəyal maraqlı açıqlamalar verib.

Sevilən ifaçı geyim zövqündən və gəncliyindən söz açıb:
"O vaxt cinslər çox bahalı idi. 1 aylıq maaşa - 200-300 manata cinslər alınırdı. Bundan da bəzi alverçilər yaxşı pullar qazanırdılar. Xarici ölkələrə gedəndə özüm oradan 15-20 dollara alıb gətirirdim. Yaxşı geyinən oğlanlardan biri olmuşam. Mənim əynimdəki geyimlərin hanısısa birinin üzərində emblem görəndə gülüş doğururdu. xa0Sırğanı 22 yaşımda taxmağa başlamışam. O vaxta kimi mən də belə şey anlamamışam, "Sovetski"də böyümüşəm. Xarici səfərə çıxanda dedilər ki, görünüşünüz xaricilərə bənzəməlidir. Saç saxlamalısınız, sırğa taxmalısınız, açıq-saçıq geyinməlisiniz və s. Məni qışqırda-qışqırda qulağımı deşib sırğa taxdılar".xa0

Tanınmış müğənni gənc vaxtlarında sırğa taxdığı üçün yaşadığı çətinliklərdən danışıb:
"Avropadan qayıdandan sonra isə, oranın mentalitetinin təsirindən çıxmamış, metroya qulağımda sırğa ilə düşdüm. Metroda sakit oturduğum zaman bir xanım dedi ki, başımıza nələr gəlib, daha nələr görəcəyik. Çox utandım və o dəqiqə qapının ağzında durub düşmək üçün hazırlaşdım. Mən onunla mübahisə etmədim. Çünki ona başa sala bilməzdim axı mən yaxşı oğlanam, sən düşündüyün kimi deyiləm, "Sovetski"də böyümüşəm. Metrodan çıxan kimi sırğanı qulağımdan çıxartdım".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO