“Bədənimi sığorta etdirməyi düşünmürəm, çünki...”x9d

“Bədənimi sığorta etdirməyi düşünmürəm, çünki...”x9d

Hazırda oxunan: “Bədənimi sığorta etdirməyi düşünmürəm, çünki...”x9d

128583
Dünyanın məşhur ulduzları mahnıları, göstərdikləri şoularla yanaşı, milyon dollar xərcləyərək səs, saç, ayaq kimi nahiyələrini sığortaladırlar.  Müğənni Madonna sinəsini 2, Culiya Roberts gülüşünü 30, Cristiano Ronaldo ayaqlarını 144, model Keyt Apton bədənini  20 milyona sığorta etdirib.  

Əcnəbi məşhurların sığorta ənənəsinə qoşulan yerli məşhurlar da var.
 2014-cü ildə xalq artisti Aygün Kazımova səsini ən dəyərli bədən üzvü hesab etdiyini deyərək səs tellərini sığortalatdırdığını deyib.

Həmin il müğənni Günay İbrahimli isə  həyatını sığorta etdirdiyi barədə mətbuata açıqlama verib: “Təklif sığorta şirkətindən gəldi. Həmin insanların məclisində çıxış etmişdim. Onlarda ifamı bəyənmişdilər. İnsanın həyatda başına hər iş gələ bilər. Sabahımızdan əmin deyilik. Buna görə də təklifi məmnuniyyətlə qəbul etdim. Artıq həyatım sığortalanıb, nəsə baş versə, mənə 100 min manat ödəniləcək”x9d.

Musavat.com sənət adamları arasında sorğu keçirib və onlardan bədən üzvlərini sığorta etdirmək fikirlərinin olub-olmamasını soruşub.  

Aşıq Zülfiyyə bildirib ki, bədən üzvlərini sığorta etdirmək fikri yoxdur: “Allah mənə gözəl səs verib. Səs verəndə deməyib ki, “Zülfiyyəyə səs verim ya verməyim?”x9d Allah verdiyi səsi istədiyi vaxt ala bilər. Bu sorğu-sual olunmamalıdır. Səs məndən alınacaqsa, onu 100 dəfə sığorta etdirsəm də, xeyri yoxdur”x9d.

Rəqqasə Fatimə Fətəliyeva səs tellərini sığorta etdirmək istəyən sənət adamlarındandır: “ Mən həm rəqqasə, həm müəllimə, həm də xınayaxdı mərasimlərinin aparıcısı kimi fəaliyyət göstərirəm.  Hələ ki, sığorta etdirməmişəm. Amma səsimi sığrtalatmaq istəyərəm. İşimlə bağlı səsim mənim üçün çox vacibdir”x9d.


Xalq artisti Gülyanaq Məmmədova səs tellərini sığorta etdirmək istədiyini dilə gətirib:
 “Hər hansı bədən üzvümü sığorta etdirməmişəm. Lakin səsimi sığorta etdirmək istəyərəm. Düzdür, səsi Allah verir, İstədiyi vaxt ala bilər. Yenə də Allahın verdiyi səsi qorumaq lazımdır. Mən də daima səs tellərimi yormamağa çalışıram və vaxtında həkim müayinəsindən keçirirəm”x9d.

Rəqqasə Aytən sığorta haqda düşünmədiyini deyib:  “Mən bədənimin heç bir nahiyəsini sığorta etdirmərəm. Heç elə şeylə aram yoxdur. Onsuz da bədənim torpağın altına gedəcək. Niyə sığortaladım? Mənim gözəl rəqsim var, müəyyən yaşa qədər səhnədə olacağam, sonra isə biznesimə zaman ayıracağam”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO