Xalq artistləri İlhamə Quliyevayla Aygün Kazımova arasında yaşanan qalmaqal böyüməyə başlayıb.
Moderator.az-ın məlumatına görə, Aygün İlhamə Quliyevanın onunla bağlı verdiyi açılqlamaya münasibət bildirib.
O, İlhamə Quliyevanı anasını döyməkdə ittiham edib:
"İlhamə Quliyeva bədbəxt sizin bəlli olmayan nəslinizdir! Anasını hər gün döyən, axırıncı dəfə elə döydü ki, yazıq arvad pilləkanlardan yıxıldı ayağı sındı. Heç sağalmadı da. Elə ondan sonra da rəhmətə getdi. Bəs bilmirdin ki, bir gün sənin də ayaqların tutulacaq?! 5 metr yeriyə bilmirsən ee. Anasına deyirdi ki, ağla-ağla efirdə, qışqırırdı üstünə. Ağla ki, bəlkə Prezident sənə ev verdi.
Aygün Kazımova İlhamə Quliyevanın “onun ağlı başında deyil”x9d sözünə də reaksiya verib:
"Ağlı başında olmayan isə sənin oğlun kimi hamıya tanıtdığın oğulluğun Orxandır. Narkotik, psixotrop maddələrin satışı və yayımı ilə məşğul olan oğlun. Neçə müddət öncə tutulan və bu yaxınlarda yenə hava limanında saxlanılıb bölməyə gətirilən oğulluğunuzdur. İlhamə Qarabulağlı soyadı ilə Qarabulaqda asılan plakatınız və adam oğurluğu ilə həbs olunan Hacı Məmmədov adlı yaxın dostunuzu deyəsən yaddan çıxartmısınız. Həəə?? Bəlkə elə bu işlərdə sizin də əliniz olub,? Yaxın dostunuzun adı da o siyahıda idi. Oğurlananlar siyahısını da unutmusunuz? Qocalıq əlamətidir. Yadına daha geniş müsahibəmdə salaram".
Qeyd edək ki, İlhamə Quliyeva Lent.az-a açıqlamasında Aygün Kazımovanı "bədbəxt qadın" adlandırmışdı:xa0
“Aygünün dedikləri ona baha başa gələcək. Dediyi sözlərə görə, 1 milyon təzminat ödəməli olacaq. Aygün ya yuxulu olub, ya da ağlı yerində olmayıb. Müğənni Natavan Həbibi ilə barışdığıma görə, Aygünü sancı tutub. Mən ona heç bir xəbərdarlıq etmək fikrim yoxdur. Bu işlə vəkilim məşğul olur. İndi dediyi sözlərə görə cavab versin”x9d.
Xatırladaq ki, A. Kazımova ötən gün açıqlamasında bildirmişdi ki, İ,Quliyeva ona dəfələrlə şər atıb:
“Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun! Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır”x9d.
































































































