Xalq artisti mirasını köməkçisinə vəsiyyət elədi...

Xalq artisti mirasını köməkçisinə vəsiyyət elədi...

Hazırda oxunan: Xalq artisti mirasını köməkçisinə vəsiyyət elədi...

105012
Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut xanım cavan yaşlarından sənətkarımızın qulluğundadır. Xalq artistinə uzun illərdir etibarlı olan köməkçisinə Flora xanım böyük jest edib. O, mirasını övladları ilə yanaşı köməkçisinə vəsiyyət edib.

Moderator.az xa0xəbər verir ki, bu barədə o, "Atv Maqazin" verlişinə danışıb:

"Yaqut cavanlığından yanımdadır. Anası onu mənə etibar edib. Övladlarım bilirsiz, xaricdə yaşayırlar. Mirasım həm oğlum Oqtay, həm qızım Zümrüd, eyni zamanda Yaqutun arasında bölünüb".

Yaqut xanım isə öz növbəsində bunları danışıb:

"Anam rəhmətə gedəndən mən Flora xanımın yanında yaşayıram. Zümrüdü mən böyütmüşəm. Yadımdadır ki, Flora xanım Zümrüdün dünyaya gəlməsini istəmirdi. Həkimlə danışmışdı, uşağı bətnindən götüzdürmək istəyirdi. Evin qapısını bağlayıb, açarı gizlətdim. Zümrüdün atasını yığıb, təcili evə çağırdım. Vəziyyəti biləndən sonra Flora xanımla danışdı və onu fikrindən döndərə bildik".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO