İranın “qırmızı xətt”ləri rəng dəyişir – dünya siyasətçiləri ilə GENİŞ TƏHLİL

İranın “qırmızı xətt”ləri rəng dəyişir – dünya siyasətçiləri ilə GENİŞ TƏHLİL

Hazırda oxunan: İranın “qırmızı xətt”ləri rəng dəyişir – dünya siyasətçiləri ilə GENİŞ TƏHLİL

99838

Ermənistan sərhədlərini “qırmızı xətt”i kimi qəbul edən İran İslam Respublikası hələ də müxtəlif bəyanatlar və Azərbaycana qarşı hədələr səsləndirməkdə davam edir. Tarix boyu Odlar Yurduna qarşı birmənalı fikri olmayan İranın Azərbaycanı bir çox hallarda öz ərazisi kimi görməsi də diqqətdən qaçmamalıdır.

İstər İranın əyalət mollaları, istərsə də rəsmiləri müxtəlif zamanlarda, vaxt tapdıqca bu istiqamətdə təbliğatlarını davam etdirir.

Xüsusən 44 günlük müharibə zamanı Azərbaycan əsgərlərinin qarşısını kəsərək irəliləməsinə maneə olan, Azərbaycan ərazi bütövlüyünü sözdə dəstəkləyərək Ermənistana maddi və mənəvi “atalıq missiyası”nı əsirgəməyən İran indi də, Ermənistan sərhədlərini “qırmızı xətt” adlandırmaqda heç utnamır desək, yanılmarıq.
 

MÖVZU İLƏ BAĞLI:

“İran 1954-cü ildə Azərbaycandan bir hissə torpaq qoparıb” – Politoloq “geri istəmək lazımdır” dedi


Bəs müsəlmanlıqdan danışaraq, özünü rəsmi olaraq İslam Respublikası adlandıran İranın Azərbaycana qarşı münasibəti niyə çoxşaxəlidir?

Bizim.Media olaraq bu münasibətləri həm iranlı, həm də xarici siyasətçilər və politoloqlarla araşdırdıq. Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan, İranın keçmiş və indiki siyasətini analiz edən, əslən iranlı politolioq Əhməd Haşimi hesab edir ki, Azərbaycanın haqlı savaşında qələbəsi İranı narahat edən əsas amillərdəndir.

“44 günlük müharibədən sonra İran heç vaxt Azərbaycan qələbəsini həzm edə bilməyib. İslam Respublikasının narahat edən bir neçə məqam var. Birincisi Zəngəzur dəhlizinin açılmasıdır ki, bu, Azərbaycanın gücünü və qüdrətini daha da artıracaq. Belə olduğu təqdirdə İran kölgədə qalmış olacaq. Çünki İran getdikcə zəifləyir. Digər məqam isə Azərbaycanın güclənməsi ilə yanaşı Cənubi Azərbaycanın güclənməsidir. Güney Azərbaycan dediyimiz tarixi Azərbaycan torpaqları İran rejiminin ən böyük kabusudur”, - deyə Ə.Haşimi qeyd edib.



İsrailin Azərbaycanla dostluğunu da həzm edə bilməyən İran müxtəlif zamanlarda Azərbaycana böhtan atmağı da unutmayıb. Guya İsrail Azərbaycan torpaqlarından İrana nəzarət edir. Təbii ki, İrana layiqli cavabı elə Azərbaycan Prezidenti cənab İlham Əliyev vermişdi:

“Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”, - deyə prezident İlham Əliyev 5 oktyabr 2021-ci ildə Cəbrayılda qeyd edib.

İsrailli politoloq Eran Şayşon da İsrailin Azərbaycanla güclü dostluq əlaqələrinin olduğunu lakin İrana qarşı münasibətlərinin Azərbaycanla heç bir əlaqəsi olmadığını təsdiqləyir. Şayşon hesab edir ki, İranın əsas qorxusu Zəngəzur dəhlizinin reallaşmasıdır.



“Zəngəzur dəhlizində İranın mövqeyi, məncə, ona görə müsbət deyil ki, o, Ermənistanı müdafiə etməyə çalışır.

Birincisi, İranın dəhlizə icazə vermək üçün heç bir iqtisadi stimulu yoxdur, çünki Azərbaycanla Naxçıvan arasında hava və quru əlaqələri İran vasitəsilə həyata keçirilir.

İkincisi, İran diqqəti ölkədəki sosial iğtişaşlardan yayındırmaq üçün indi Azərbaycanla xarici gərginlik yaratmaq istəyə bilər.

Üçüncüsü, İrandakı azərbaycanlı azlıqlara görə, İranda həmişə Azərbaycana şübhəli baxış olub və olacaq. Dördüncüsü, Azərbaycanla İsrail, hətta Azərbaycanla Türkiyə arasında strateji əlaqələr Tehran üçün təhlükə kimi qəbul edilir”, - deyə E.Şayşon əlavə edib.

İsveçdə yaşayan politoloq Aslan Sulatani isə BizimMedia-ya açıqlmasında qeyd edib ki, Zəngəzur dəhlizinin açılması İranın mövqeyindən asılı deyil. İranın sadəcə “suyu bulandırmağa” hesablanan bəyanatları heç bir nəticə verməyəcək.



“Zəngəzur dəhlizi uzun müddətdir ki, gündəmdədir. Bu, yaxın müddətdə qurulacaq. Lakin, İran hər zaman iç üzünü göstərir. Əslində bu yaxşı haldır. Kartlar açıq oynanılır. İran rejimini dəstəkləyən bir çox insan var idi ki, onlar hazırda görürlər ki, Azərbaycanla Naxçıvan arasında yolun qurulmasına sözügedən rejim necə qarşı çıxır. Bəs bu necə şiə və islam dövlətidir ki, xristian, yunan və Qərb tərəfdən çıxış edir?! Onların mövqeyi bizim üçün açıq və aydındır. Mənə elə gəlir ki, İranın bu addımları yatanları və özünü yuxuya vuranları ayıldacaq.

Ermənistanı maddi mənəvi dayağı hər zaman Rusiya olub. Rusiyanın isə Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir problemi yoxdur. Biz Prezidentlərin son görüşlərinə nəzər yetirək. İstər Rusiyanın, istərsə də Qərbin Əliyev və Ərdoğanla münasibətləri ortadadır.
Görüşlərdəki bədən dili də bunları təsdiqləyir. İran isə hər zamanki kimi, küncə sıxışmış formadadır. Açıq deyə bilərəm ki, İranın maddi və mənəvi gücü çatmaz ki, Azərbaycanla, Türkiyə ilə müharibə etsin. İnanmıram ki, onlar belə bir ağılsızlıq edərlər. Əgər bunu etsələr, dağılan və məhv olan ölkə İran olacaq. İranda 30 milyon Türk yaşayır. Bu gün onların rejimə qarşı münasibəti heç də normal deyil. Bütün bunlara görə deyə bilərik ki, Zəngəzur dəhlizi açılacaq”,  - A.Sultani əlavə edib.

Arada öz ağıllarınca Azərbaycqana siqnal vermək üçün sərhəddə hərbi təlimlər keçiməyi unutmayan İran bu gündən etibarən yenidən belə bir tədbirlər planına start verib. Ötən il Azərbaycanla sərhəddə keçirdiyi əməliyyatlara “Xeybər Fatehləri” adına verən İran bu təlimləri təkrarlamaq qərarı alıb.

ABŞ Dövlət Katibinin keçmiş müavini Metyu Brayza hesab edir ki, həm ötən il baş tutan, həm də bu il reallaşacaq hərbi təlimlərin bir neçə səbəbi var.



“Düşünürəm ki, təlimlərin əsas səbəbi Pakistan-Azərbaycan-Türkiyə təlimlərinə cavabdır. Ötən il də bu baş vermişdir. Fikrimcə rəsmi Tehran İranın ərazibütövlüyü ilə bağlı mövqeyini nümayiş etdirməyin vacib olduğunu düşünür. Digər səbəb isə İranın şimalındakı etnik azərbaycanlı əhaliyə siqnal vermək istəyir”, - deyə M.Brayza əlavə edib.

Hər bir halda istər daxili, istərsə də xarici siyasəti məhvə sürüklənən İran tarix boyu onlara uzanan dostluq əlini unutmamalıdır. Bu gün diqtə edən tərəf Azərbaycandır. Bu reallığı qəbul etmək istəməyən İslam Respublikası isə oyunun taleyini dəyişdirəcək oyunçu deyil.
İran bir məqamı da anlamalıdır ki, hazırda Azərbaycanla qonşu olan ölkələr iqtisadi yüksəliş istəyirlərsə Türkiyə və Azərbaycanın təklif etdiyi layihələrdə yer almalıdırlar. İran üçün hələ də gec deyil. Altılıq platformada məhdud sayda oturacaqlardan biri də İranındır. Lakin nəzərə almalıdırlar ki, oturacaqlar məhdud saydadır.

Tehran Orucoğlu, Bizim.Media


QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.4. - ictimai və dövlət maraqlarının müdafiəsi - bəndinə uyğun olaraq hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO