"Ermənistan 2020-ci il noyabrın 1-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi yaradılacaq? – Paşinyandan AÇIQLAMA
Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, İrəvan Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində üç buraxılış məntəqəsinin açılmasını təklif edib.
Bizim.Media