2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir.
- Prezident İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edildiyini açıqlayıb.
- Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşım edib. Növbəti payışımında Birinci vitse-prezident Mehriban Əliyeva bildirib: "Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!".
- Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutublar. Gəncədə ölənlərin sayı 13-ə çatdı, 52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində 20 ev tam dağılıb.
- Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə nail olub. Düşmənin mühəndis istehkam rəisi polkovnik məhv edilib.
- Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və Su-25 təyyarəsi məhv edilib. Ermənistan ordusunda parçalanma başlayıb: "Könüllülər" özbaşına mövqeləri tərk ediblər.
- Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.
- Düşmənə məxsus növbəti zirehli texnika, "Tor-M2KM" zenit-raket kompleksləri, BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, "S-125" zenit raket kompleksi məhv edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:24 / 17.10.2022
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
99615
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.