Azərbaycan XİN Makrona CAVAB VERDİ:

Azərbaycan XİN Makrona CAVAB VERDİ: "Əsassız ittihamları rədd edirik"

Hazırda oxunan: Azərbaycan XİN Makrona CAVAB VERDİ: "Əsassız ittihamları rədd edirik"

99246

Fransa prezidenti Emmanuel Makronun müsahibəsində Azərbaycana qarşı yönələn, daha çox daxili auditoriyaya hesablanmış, tamamilə birtərəfli və açıq şəkildə Ermənistanı müdafiə edən fikirləri qəbuledilməzdir. Fransa dövlət başçısının Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamları rədd edirik.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin məlumatında bildirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Makrondan növbəti SƏRSƏMLƏMƏ – “Azərbaycan Qarabağı işğal edib”


Məlumatda qeyd olunub ki, Fransa prezidenti məhz o dövlət başçısıdır ki, Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal atında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, beynəlxalq hüququn fundamental prinsiplərini heçə sayaraq Azərbaycanın ərazi bütövlüyünü və yüz minlərlə azərbaycanlının hüquqlarını kobud şəkildə pozması, BMT TŞ-nin qətnamələrini yerinə yetirməməsi barədə, ölkəsi Minsk Qrupunun həmsədri olmasına rəğmən bir kəlmə də olsun söz deməyib

“Fransa Prezidenti, təəssüf ki, bu günədək Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməməsi, Azərbaycan ərazilərində minalar basdırmaqla bölgədəki təhlükəsizliyə hədə törətməsi barədə də susur. 

Azərbaycan öz növbəsində, hazırda Minsk Qrupunun fəaliyyət göstərməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, Fransa Prezidentinin iki ölkə arasında münasibətlərin normallaşması prosesində vasitəçilik təşəbbüslərinə yox deməyib və bu günədək Makronun vasitəçiliyi ilə 4 fevral 2022 və 6 oktyabr 2022-ci il tarixlərində dördtərəfli görüşlər baş tutub. Ancaq Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər onun vasitəçilik səylərinin neytrallığını və qərəzsizliyini ciddi sual altında alır. 

Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin bir daha nəzərdən keçirilməsini labüd edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO