"Biz bu gündən Fransa senatına məktublar göndərməliyik".
Bizim.Media xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Bu gün elə bir zaman gəlib ki, hər birimiz dövlətçiliyimizi, vətənimizi qorumaq üçün əsgər olmalıyıq. Hər birimiz öz sferamızda dövlətçiliyimizə uzanan əlləri kəsməliyik.
Makron nə danışdığını bilmir. O, Praqada bir şey, müsahibələrində başqa bir şey səsləndirir. Biz bü cür adamdan hansı sülhü gözləyə bilərik? Bu adamın öz maraqları var.
Onlardan sülhün bərqərar olmasını gözləmək yanlışdır. 30 il keçib, amma Fransanın mövqeyi dəyişməyib. Biz bu gündən Fransa senatına məktublar göndərməliyik” – deyə, deputat bildirib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:28 / 14.10.2022
"Makron Praqada bir söz deyir, müsahibələrdə başqa" - Siyavuş Novruzov
Hazırda oxunan: "Makron Praqada bir söz deyir, müsahibələrdə başqa" - Siyavuş Novruzov
Hazırda oxunan: "Makron Praqada bir söz deyir, müsahibələrdə başqa" - Siyavuş Novruzov
99217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.