“Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik” - Ceyhun Bayramov - VİDEO

“Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik” - Ceyhun Bayramov - VİDEO

Hazırda oxunan: “Nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik” - Ceyhun Bayramov - VİDEO

99197

“Bu ilin may ayında keçirilən üçtərəfli formatda son görüşdən sonra həm ikitərəfli, həm də çoxtərəfli əsasda xeyli sayda təmaslar baş tutub”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə bildirib. 

“Mənə elə gəlir ki, bu baxımdan, bu müddət ərzində baş vermiş inkişafı danışmaq, müzakirə etmək faydalı olardı. Ən azı, öz tərəfimizdən, biz xarici işlər nazirlərinin bilavasitə cavabdeh olduğu münaqişədən sonra nizamlanmanın ölçüsünə xüsusi diqqət yetirəcəyik: bunlar bu yaxınlarda müzakirə etdiyimiz sülh müqaviləsinin məsələləridir”, - deyə C.Bayramov bildirib. 

O əlavə edib ki, dinc yolla nizamlanmanın digər məsələləri, o cümlədən dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması, eləcə də humanitar xarakterli məsələlər barədə danışmaq faydalı olardı. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO