Bütün toplantılar kommunikasiya xətlərinin açılmasına köklənib – Tofiq Zülfüqarovun ŞƏRHİ

Bütün toplantılar kommunikasiya xətlərinin açılmasına köklənib – Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: Bütün toplantılar kommunikasiya xətlərinin açılmasına köklənib – Tofiq Zülfüqarovun ŞƏRHİ

99077

“Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında bir qırmızı xətt keçir. Bu da Azərbaycanla Türkiyənin Asiya dövlətlərinə sürətli inteqrasiyasıdır. Və ən əsası bu bölgədə keçirilən tədbirlərdə Azərbaycanla Türkiyənin liderliyi açıq-aydın görünür. Hər iki dövlət intensiv diplomatik fəaliyyət göstərir.

Bunun da bir səbəbi bəzi Asiya dövlətləri ilə ənənəvi mənəvi, humanitar yaxınlıqdırsa, digər səbəbi siyasi-iqtisadi maraqlardır. Təsadüfi deyil ki, Zirvə Toplantısında kommunikasiya mövzuları ciddi şəkildə müzakirə olunub.

Məsələn, Türkiyə Prezidenti bildirib ki, ölkəsi Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir. Və bu mənada Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi də Türkiyə üçün vacibdir”.
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstanla 30 ildir baş tutmayan YAXINLIQ – “İlham Əliyev münasibətləri praktikləşdirdi” – Tofiq Zülfüqarov 


Bu fikirləri Astana görüşünü Bizim.Media-ya şərh edərkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov səsləndirib.

Sabiq nazir onu da qeyd edib ki, mütəmadi olaraq Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilı bağlı məlumatlar verir.

“Burda iki məqsəd var:

Birincisi, Azərbaycanın sülhsevərliyini və davamlı sülh istəməsini dünyaya sübut etmək.

İkincisi, əldə ediləcək sülhün region dövlətlərə, bütövlükdə isə Avrasiyaya verə biləcəyi töhvəni göstərmək. Təsadüfi deyil ki, Zirvə Toplantısındakı çıxışında da Azərbaycana Prezidenti Ermənistanla Azərbaycan arasındakı münasibətlərdən və əldə edilə biləcək sülhün regiona verə biləcəyi töhvədən danışıb”.

Tofiq Zülfüqarov onu da əlavə edib ki, görüşlər davam edir:

“Zirvə Toplantısından sonra MDB dövlət başçılarının yığıncağı keçiriləcək. Bu görüşdən də müəyyən gözləntilər var. Bu da ondan ibarətdir ki, görüşlərdə Rusiya Qərbin son vaxtlar aktivləşən sülh təşəbbüslərinə əngəl olmayacağı mesajının verə biləcəyidir.
Üzdə nə qədər düşmən görsənsələr də Qərblə Rusiya müəyyən məsələlərdə dialoqa gedirlər. Yəqin ki, Rusiya Qərin Ermənistanla Azərbaycan arasında imzalamağa çalışdığı sülh sazişinə əngəl olmayacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO