Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Prezident İlham Əliyev plenar iclasda çıxış edib.
Tədbirdə Azərbaycan, İraq, İran, Qazaxıstan, Qətər, Qırğızıstan, Fələstin, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Belarus dövlət başçıları, eyni zamanda Vyetnamın vitse-prezidenti və Çin rəhbərinin müavini iştirak edirlər.
Bizim.Media