Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
“Gələn ay keçiriləcək zirvə görüşü, fikrimcə, bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getmək üçün öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın unikal mədəniyyətini qoruyub saxlamalıyıq”,- Dövlət başçısı qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:05 / 11.10.2022
"Türkdilli dövlətlərin həmrəyliyi möhkəmlənəcək" - İlham Əliyev
Hazırda oxunan: "Türkdilli dövlətlərin həmrəyliyi möhkəmlənəcək" - İlham Əliyev
Hazırda oxunan: "Türkdilli dövlətlərin həmrəyliyi möhkəmlənəcək" - İlham Əliyev
98732
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.