MDB dövlətlərinin Bakıdakı iclasına Ermənistan qatılmayacaq

MDB dövlətlərinin Bakıdakı iclasına Ermənistan qatılmayacaq

Hazırda oxunan: MDB dövlətlərinin Bakıdakı iclasına Ermənistan qatılmayacaq

98647

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini və Tacikistanın Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.
İclasa Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan hərbi nümayəndə heyəti Bakıdakı görüşə gəlməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO