Baş Prokurorluq rəsmisi ermənilərin əsirlərimizə qarşı etdikləri vəhşilikləri AÇIQLADI  

Baş Prokurorluq rəsmisi ermənilərin əsirlərimizə qarşı etdikləri vəhşilikləri AÇIQLADI  

Hazırda oxunan: Baş Prokurorluq rəsmisi ermənilərin əsirlərimizə qarşı etdikləri vəhşilikləri AÇIQLADI  

98415

"Ermənilərin hərbçilərimizlə bağlı yaydığı videolar var." 

Bizim.Media xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib. 

O bildirib ki, Ermənistan hərbi qulluqçularının lentə alaraq sosial şəbəkələrdə paylaşdığı videolar var: 

"Bununla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Həmin videolarda bir neçə faktı göstərmək olar. Əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı misallar çəkə bilərəm. Bizim insanımız insan deyil, erməninki insandır? Bu yanaşma yolverilməzdir”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO