“Xankəndidə baş verənlərin arxasında Rusiya dayanır” – Fərid Şəfiyev

“Xankəndidə baş verənlərin arxasında Rusiya dayanır” – Fərid Şəfiyev

Hazırda oxunan: “Xankəndidə baş verənlərin arxasında Rusiya dayanır” – Fərid Şəfiyev

98369

Atrıq 3 gündür Xankəndində Paşinyan əleyhinə və ümumiyyətlə Ermənistan hökümətinin Qarabağla bağlı yeritdiyi siyasətlə bağlı mitinqlər gedir. Etirazçılar Araik Arutyunyanın da əleyhinə fikirlər səsləndirirlər. Həm Paşinyana, həm də Arutyunyana qarşı eyni vaxtda və eyni məkanda davamlı mitinqlərin keçirilməsi xeyli maraq doğurur. Maraq doğuran məsələnin bir tərəfi də ondan ibarətdir ki, bu mitinqlər Rusiyalı milyarder Ruben Vardanyanın separatçı rejimdə vəzifə almasından həmən sonra başlayıb. Bu da onu göstərir ki, Vardanyan Xankəndində oturub daha çox İrəvanda gündəm yaratmaq istəyir.

Təsadüfi deyil ki, mitinqlərin davam etdiyi bir vaxtda Araik Arutyunyanın başçılıq etdiyi “işçi heyəti” Ermənistanın hakimiyyət orqanları ilə Qarabağ ətrafında vəziyyəti müzakirə etmək üçün təcili İrəvana gedib.
Məsələylə bağlı Bizim.Media-ya açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Paşinyanı devirmək məqsədi ilə Xankəndində mitinqlərin keçirilməsini məntiqsizlik hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistanda revanşist qüvvələr var, hər şeyə hazır olmalıyıq” - Fərid Şəfiyev


“Bu mitinqlər İrəvanda keçirilməlidir. Doğrudur Qarabağda radikal ünsürlərin Rusiya ilə müəyyən təmasları var. Burda nə baş verir? Biz İkinci Qarabağ müharibəsindən sonra müşahidə edirdik ki, Qarabağ və ordakı vəziyyət Ermənistanın nəzarətindən çıxıb.

İndi bu məsələ Azərbaycanla Rusiya arasında həll olunmalıdır. Burda üçüncü tərəf kimi Türkiyə iştirak edə bilər. Yəni Ermənistanlıq burda bir iş yoxdur. Ruben Vardanyanın Xankəndinə gəlməsi təsadüfi deyil. Bu Rusiyanın layihəsidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO