Dördtərəfli görüşdə ermənilərin mina terroru MÜZAKİRƏ EDİLİB 

Dördtərəfli görüşdə ermənilərin mina terroru MÜZAKİRƏ EDİLİB 

Hazırda oxunan: Dördtərəfli görüşdə ermənilərin mina terroru MÜZAKİRƏ EDİLİB 

97851

“Mina məsələsi bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib


“Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır.

Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO