“Sülh prosesi ilə bağlı bizdə müəyyən nikbinlik var”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılışında bildirib.
“Bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü, xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk belə görüş keçirilib. Ümid edirik ki, bu, çox vaxt aparmayacaq” ,-deyə ölkə başçısı qeyd edib.
Bizim.Media
Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması. pic.twitter.com/zut7BhTKNX
— İlham Əliyev (@azpresident) October 5, 2022