Ermənistanın minalardan kortəbii istifadəsi yaralanmalara və iztirablara səbəb olur.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov şəxsi "Twitter" hesabında paylaşım edib.
"Ermənistan tərəfindən minaların kortəbii istifadəsi və minaların basdırılmasına hələ də davam edilməsi yaralanmalara və iztirablara səbəb olur. Ötən 30 il ərzində mina qurbanlarının sayı 38-i qadın, 357-si uşaq olmaqla 3 336-ya çatıb. Bunların 257-si 2020-ci il müharibəsindən sonrakı qurbanlardır", - nazir qeyd edib.
Bizim.Media
Indiscriminate use and still ongoing placing of #landmines by #Armenia against #Azerbaijan cause superfluous injuries and suffering. The number of victims in the last 30 years stands at 3️⃣3️⃣3️⃣6️⃣, including 38 women & 357 kids. Among these 257 are victims since the 2020 War. pic.twitter.com/en8oCoydcY
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 5, 2022