“Azərbaycan əhalisi müharibədən ciddi zərər görüb” – BMT RƏSMİSİ 

“Azərbaycan əhalisi müharibədən ciddi zərər görüb” – BMT RƏSMİSİ 

Hazırda oxunan: “Azərbaycan əhalisi müharibədən ciddi zərər görüb” – BMT RƏSMİSİ 

97557

“Azərbaycan hökuməti ilə prioritet sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq rəqabətə davamlı iqtisadiyyat, güclü institutların yaranması, insan kapitalına investisiyalar və təmiz ətraf mühit sahələrini əhatə edir”. 

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda keçirilən Milli Şəhərsalma Forumu çərçivəsində paneldə çıxışı zamanı deyib. 

O, bu il BMT ilə Azərbaycan arasında münasibətlərin 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb. 
Regionda müharibənin nəticələrinə toxunan BMT təmsilçisi deyib ki, bu müharibədən Azərbaycan əhalisi ciddi zərər görüb, travma yaşayıb:  

“BMT Azərbaycana post-münaqişə dövründə dəstək verməyə davam edir, xüsusilə minatəmizlənmə sahəsində Azərbaycanla birgə işləyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO