Dövlət başçısından Ermənistanın mina terroru ilə bağlı AÇIQLAMA

Dövlət başçısından Ermənistanın mina terroru ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Dövlət başçısından Ermənistanın mina terroru ilə bağlı AÇIQLAMA

97506

“Müharibənin təxminən 2 il əvvəl başa çatıb. Həmin vaxtdan bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdamda ilk Forum - Prezident çıxış edir - Canlı


Dövlət başçısı qeyd edib ki, keçmiş qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qaytarılması ilə bağlı saysız-hesabsız çağırışlarla üzləşirik:  

“Genişmiqyaslı yenidənqurma proqramı ilə yanaşı, ən böyük mürəkkəblikdən biri minalardır. 

Prezident sonra bildirib ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və ya ciddi xəsarət alıb: 

“Təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb”. 

“Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıb və Azərbaycan və azərbaycanlılara qarşı bu terror siyasəti davam edir. Bu yaxınlarda biz Laçın rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən İkinci Qarabağ müharibəsinin başa çatmasından sonrakı dövr ərzində basdırılmış 1400-dən çox minanı aşkarlayaraq zərərsizləşdirdik. Beləliklə, Azərbaycana qarşı aqressiya, Azərbaycana qarşı terror davam edir”, - deyə Prezident qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO