Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı və birinci xanım atlara baxış keçiriblər.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Atçılıq Nəsilartırma Mərkəzi barədə məlumat verilib.
Qeyd olunub ki, mərkəzin konsepsiyası “Reflect Architechts” şirkəti tərəfindən hazırlanıb.
Potensial böyümə hədəfi 30 hektar olan ərazinin 7 hektarında yerləşən mərkəzin tərkibində 120 baş at üçün xüsusi dizayn edilmiş tövlələr, nəsilartırma laboratoriyaları, baytarlıq klinikası və digər zəruri obyektləri yaradılacaq.
Diqqətə çatdırılıb ki, mərkəzdə 60-80 otaqlı mehmanxana, muzey, kafe, restoran və tribunalar nəzərdə tutulub. İstər peşəkar, istərsə də həvəskar çaparlar üçün xüsusi məşq zonaları, qaçış zolaqları və Çövkən yarışları üçün meydança layihələndirilib.
18.23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna səfər ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:49 / 04.10.2022
Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub - YENİLƏNİB - FOTO
Hazırda oxunan: Ağdamda Atçılıq Nəsilartırma Mərkəzinin təməli qoyulub - YENİLƏNİB - FOTO
97399
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.