“Rafael Qrossi Azərbaycanın tələbi ilə Ermənistana gəlib” – Qabil Hüseynlidən səfərin DETALLARI 

“Rafael Qrossi Azərbaycanın tələbi ilə Ermənistana gəlib” – Qabil Hüseynlidən səfərin DETALLARI 

Hazırda oxunan: “Rafael Qrossi Azərbaycanın tələbi ilə Ermənistana gəlib” – Qabil Hüseynlidən səfərin DETALLARI 

97385

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE - AEBA) baş direktoru Rafael Qrossi artıq ikinci gündür ki, Ermənistanda işgüzar səfərdədir.

Qeyd edək ki¸ Ermənistanda mövcud olan “Metsamor” AES köhnə texnologiyaya əsasən işləyir. Bu fonda da ətraf mühit üçün olduqca təhlükəli bir obyektdir. Bir ara onun bağlanması məsələsi gündəmə gəldi.
Lakin İrəvan ölkənin həmin enerjiyə tələbatını nəzərə alaraq obyektin fəaliyyətini davam etdirdi. Avropa İttifaqı AES-in müasirləşdirilməsi üçün İrəvana 200 milyon avro pul ayıracağını bildirsə də, ikincinin məbləğin az olmasını bəhanə etməsi bu layihənin də gerçəkləşməsinə maneə oldu.

Görəsən, Rafael Qrossinin Ermənistana olan bu səfəri hansı məqsəd daşıyır?

Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Qrossinin Ermənistana olan bu səfərində məqsəd Azərbaycan və Türkiyənin tələbinə uyğun olaraq “Metsamor” AES-in texniki təhlükəsizlik qaydalarını yoxlamaqdan ibarətdir:

“Ermənistanda yerləşən “Metsamor” AES-si çox təhlükəlidir. Bu atom elektrik stansiyası Çernobıl AES-i ilə eyni ildə tikilib. Belədə eyni mühərriklərlə təchiz olunublar. Hansı ki, indiki dövrdə həmin mühərriklərdən istifadə texniki cəhətdən təhlükəli hesab edilir.

Bu nöqteyi-nəzərdən uzun müddətdir Azərbaycan və Türkiyə MAQATE, həm də, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə müraciət edərək, “Metsamor”un texniki təhlükəsizlik məsələlərini yoxlamağı tələb edib. Təxminən 3 il bundan əvvəl stansiyada qəza baş verdi.

Qəzadan sonra elektrik stansiyası 6 aya qədər təmirə dayandı. Rusiya AES-i təmir etdi və belədə bəyan etdilər ki, guya “Metsamor” təhlükəsizdir və hələ bir neçə il də işləyə bilər. Amma sonradan bir neçə dəfə atom stansiyasında qəza vəziyyəti yaranıb.
Nəticədə stansiyanı dayandırmaq məcburiyyətində qalıblar. Ona görə də, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təhlükəli AES-lər içərisində öndə gedən “Metsamor”u yoxlamağı və burada mövcud olan texniki təhlükəsizlik qaydalarını nəzərdən keçirməyi planlaşdırır. Rəfael Qrossinin səfərində də məqsəd budur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO