Nazir İlham Əliyevə: “Ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb”

Nazir İlham Əliyevə: “Ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb”

Hazırda oxunan: Nazir İlham Əliyevə: “Ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb”

97313

“Həqiqətən də ölkələrimiz arasında dostluq münasibətləri olduqca güclüdür və biz qardaşıq. Biz onilliklər ərzində yaxından əməkdaşlıq etmişik və bir-birimizin yanında olmuşuq. Bu, ölkəmizin rəhbərliyinin mövqeyidir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri oktyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulunda olarkən səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycana gələn Səudiyyə Ərəbistanı vətəndaşlarından danışdı


“Mövcud olan güclü dostluq əsasında görülə biləcək işlərimiz çoxdur və potensialımız daha böyükdür. Sizin rəhbərliyiniz və təlimatlarınız əsasında son bir neçə ayda biz bir sıra iqtisadi məsələlərdə irəliləyişə nail olmuşuq. Çünki siyasi səviyyədə və xalqlarımız arasında güclü əlaqələrə baxmayaraq, iqtisadiyyat sahəsində görüləcək işlər çoxdur.

Ticarət dövriyyəmiz aşağıdır və qarşılıqlı sərmayə qoyuluşu da hər iki ölkənin iqtisadi potensialına uyğun deyil. Zati-aliləri, son iki ildə Azərbaycanda ciddi iqtisadi artım olub və ölkəniz Səudiyyə Ərəbistanı Krallığı kimi böyük uğurlara imza atıb.
Biz Səudiyyə Ərəbistanında inanırıq ki, mövcud olan qardaşlıq münasibətlərimizin təməli üzərində daha güclü əməkdaşlığın qurulması üçün böyük imkanlar var”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO