Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb

Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb

Hazırda oxunan: Ceyhun Bayramov İsveçrənin dövlət katibini Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb

97080

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə dövlət katibi Livia Leunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə məlumatlandırıb.

Bizim.Media bildirir ki, bunu C.Bayramov tviterdə yazıb.

“Mən İsveçrə tərəfinə qonaqpərvərliyə və görüşün yaxşı təşkilinə görə minnətdarlığımı bildirirəm”, - nazir bildirib. 

Qeyd edək ki, oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO