Milli Məclisin Vətən Müharibəsinin ildönümü ilə bağlı BƏYANATI 

Milli Məclisin Vətən Müharibəsinin ildönümü ilə bağlı BƏYANATI 

Hazırda oxunan: Milli Məclisin Vətən Müharibəsinin ildönümü ilə bağlı BƏYANATI 

96633

Azərbaycan xalqının Vətən Müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Milli Məclisin Bəyanatı oxunub.  

Bizim.Media xəbər verir ki, millət vəkili Soltan Məmmədov bəyanatı təqdim edib.  

Bəyanatda deyilir:  

“Azərbaycan Dövləti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş qətnamələri və bir sıra digər hüquqi aktların icrasını öz gücü ilə təmin edib. Vətən müharibəsindən sonra yaranan yeni reallıq 10 noyabr bəyanatında öz əksini tapıb. Bu, faktiki olaraq Ermənistan üçün kapitulyasiya aktı idi.  

Bəyanatın imzalanmasından xeyli müddət keçməsinə baxmayaraq, Erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması, regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası kimi müddəaların yerinə yetirilməsindən Ermənistan tərəfi boyun qaçırıb.  
Sentyabrın 12-də Ermənistan sərhədlərin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək sərhəddə təxribatlar törədib.

Bu təxribatların törədilməsində məqsəd sülh prosesini pozmaq və işğaldan azad olunmuş ərazilərdə görülən yenidənqurma və bərpa işlərinə mane olmaqdır. Bəzi ölkələrin rəsmilərinin sərhəd təxribatları ilə bağlı obyektivlikdən uzaq açıqlamaları təəssüf doğurur.  

Bu gün 30 ildir işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilir, məcburi köçkünlərin öz yurdlarına qaytıması üçün işlər görülür. Lakin mina problemləri bu prosesə mane olur. Müharibə başa çatdıqdan sonra 200-ə yaxın şəxs Ermənistan tərəfindən basdırılıan minalar səbəbindən həyatını itirib.  
Azərbaycan Milli Məclisi ümid edir ki, Ermənistan tərəfi 21-ci əsrə yaraşmayan hərəkətlərdən əl çəkib, Cənubi Qafqaz üçün yaranan tarixi imkandan istifadə edəcək. Azərbaycan tərəfi bu istiqamətdə özündən asılı olan bütün öhdəlikləri yerinə yetirməyə hazırdır”.  

Bəyanat səsverməyə çıxarılaraq, qəbul edilib.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO