Deputatlığa namizəddən Prezidentə müraciət:

Deputatlığa namizəddən Prezidentə müraciət: "Təzyiqlərlə üzləşirik"

Hazırda oxunan: Deputatlığa namizəddən Prezidentə müraciət: "Təzyiqlərlə üzləşirik"

96609

Siyasi şərhçi, 26 saylı Sabunçu Birinci Seçkixa0 Dairəsindən milət vəkilliyinə namizəd Yeganə Hacıyeva Azərbaycan Prezidenti İlham Əliyevə, Daxili İslər Naziri Ramil Usubova müraciət edib.

Surəti Moderator.az-a göndərilən müraciətdə Yeganə Hacıyeva bəzi şəxslərin seçki prosesinə kobud müdaxiləsindən narazılıq edir.

xa0
Müraciətdə bildirilir: "Mənxa0 26 saylı Sabunçu Birinci Seçki Dairəsindən millət vəkilliyinə namizədəm. Ölkəmizin gələcəyi, qanunun aliliyi və ədalətli seçkixa0 insitituna inanaraq bu il seckilərə bitərəf namizəd olaraqxa0 qatılmışam. Seçki qərargahım sentyabr ayının 2-dən Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4xa0 ünvanında fəaliyyət göstərir. Qanunvericiliyə uyğun olaraq namizədliyimin təsdiqi üçün imza vərəqələrini almış və imza toplanması prosesinə başlamışıq.

20 sentyabrda saat 14:00xa0 radələrindəxa0 seçki qərargahıma naməlum şəxsxa0 daxil olaraq, bu qərargahın yerləşdiyi obyektin onaxa0 kirayə verildiyinixa0 və bizim tezliklə buranı tərk etməli olduğumuzu bildirib, bundan başqa nümayəndələrimə təzyiq göstərib.

Eyni gün, saat 17xa0 radələrindəxa0 naməlum şəxs Bakıxanov qəsəbəsi, Sülh küçəsixa0 50-52 ünvanındaxa0 imza toplayan xanım nümayəndələrimə zor tətbiq edərək vəxa0 xəsarət yetirərəkxa0 namizədliyimin təsdiq olunması üçün toplanılan imza vərəqələrinin bir hissəsini əllərindən alıb.

Azərbaycan tarixən öz milli mənəvi dəyərləri və adət ənənələri ilə seçilmiş və bu coğrafiyadaxa0 qadına, böyüyə, kiçiyə hörmət mədəniyyətinxa0 ayrılmaz hissəsini təşkil edir. Bu seckilərdə iştirakda hədəflərimizdən birixa0 ölkəmizin siyasi həyatında görkəmli yer alan Heydər Əliyev Fondunun prezidenti, Birinci xanımxa0 Mehriban Əliyevanın parlaq nümunəsindən örnək götürərək cəmiyyətimizdə müqəddəs missiya olan “ Qadınların siyasətdə aktivliyi”x9dnə təşviq missiyasını kiçik olsa daxa0 həyata kecirməkdir.xa0

O üzdən secki komandamın üzvlərinin secimində coxluğun xanımlardanxa0 ibarət olmasın xsusi diqqət yetirmişik.

Lakin bir necə gündür onlara davam edən təzyiq cəhdləri və dünən baş vermişxa0 hadisələr rəqiblərimizin seçki kampaniyasını sağlam rəqabət çərçivəsində aparmayacağı qənaəti yaradır. Bütün bunlar gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin öncədən qarşısınınxa0 alınması üçün sizə müraciət etməyimizə rəvac verdi.

Sizə, Konstitutsiyaya, azad seçki, sağlam rəqabətinxa0 dövlətimizi və cəmiyyətimizi işıqlı gələcəyə aparacağınaxa0 inanaraq Sizdən bu olayın araşdırlmasını diqqətinizə götürməyi, mənim və nümayəndələrimin təhlükəsizliyininxa0xa0 təmin olunmasını diqqətinizdə saxlamağı xahiş edirəm".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO