Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib - FOTO

96419

Azərbaycanın Almaniyaya yeni təyin olunmuş səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniyanın federal prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniya Prezidenti səfirlə söhbət edib. Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər.

“Səfir Nəsimi Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Almaniya Prezidenti Frank-Valter Staynmayer öz növbəsində Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Almaniya Prezidentinin Berlindəki Bellevue İqamətgahında keçirilən mərasimdə Azərbaycanın dövlət bayrağı qaldırılıb”, - səfirliyin məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO