Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Strasburqda səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüşərək, Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunub.
Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib.
S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:25 / 27.09.2022
Ombudsman AŞPA-nın Baş katibi ilə GÖRÜŞÜB
Hazırda oxunan: Ombudsman AŞPA-nın Baş katibi ilə GÖRÜŞÜB
Hazırda oxunan: Ombudsman AŞPA-nın Baş katibi ilə GÖRÜŞÜB
96142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.