“Xəyanət sözü Paşinyanın alnına yazılıb” – Elman Nəsirov 

“Xəyanət sözü Paşinyanın alnına yazılıb” – Elman Nəsirov 

Hazırda oxunan: “Xəyanət sözü Paşinyanın alnına yazılıb” – Elman Nəsirov 

95869

“Paşinyan bu gün çox çarəsiz duruma düşüb. Bir yandan revanşist “Qarabağ klanı”nın təzyiqləri intensivləşib və onlar Nikolu xəyanətdə, satqınlıqda ittiham edirlər. O, hətta növbəti dəfə Brüsselə gedəndə də deyirlər ki, “növbəti xəyanət aktına imza atacaq”. Belə bir yarlıq onun üzərinə asılıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Elman Nəsirov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Elman Nəsirov: “Biz Ermənistanla əməkdaşlığa getməliyik”


Deputat əlavə edib ki, Paşinyan müttəfiqləri olan Rusiya və digər KTMT ölkələrindən son sərhəd təxribatları zamanı dəstək almaq istəsə də, buna nail olmayıb:

“Ona görə də, hal-hazırda Ermənistanın bu hərbi-siyasi təşkilatdan çıxması, Rusiyanın hərbi bazasının ləğvi kimi bəyanatlar səslənir. Digər tərəfdən Paşinyan ATƏT-in Minsk qrupuna ümid bəsləyirdi ki, o, da bu gün yoxdur, ölüb. Onu öldürən isə, elə onu yaradanların özləridir. 
Göründüyü kimi, bütün istiqamətlərdə Paşinyanın siyasəti dalana dirənib.

Onun bütün ümidi dünyadakı erməni diasporuna qalıb. Ancaq onlara güvən də Paşinyanı çıxılmaz vəziyyətə salır. Çünki Rusiya və ABŞ Ukrayna cəbhəsində faktiki olaraq müharibə vəziyyətindədirlər. Belə olan ABŞ-ın erməni lobbisinin Paşinyana dəstək verməsi, Nikolu Qərb istiqamətli siyasətə yuvarlayır.
Buna görə də, Moskva onu iki stulda əyləşməkdə, Rusiyanın maraqlarına xəyanətdə ittiham edir. Sanki xəyanət sözü Paşinyanın alnına yazılıb. Belə bir vəziyyətdə isə sanki Nikol psixoloji sarsıntı keçirir”.

Elman Nəsirov qeyd edib ki, Nensi Pelosinin son davranışları fonunda Rusiyanın Paşinyana olan etimadı da kəskin formada azalıb:

“İndi də Paşinyan eyni zamanda üç istiqamətə boylanmağa çalışır. Birincisi, Ermənistan ictimaiyyəti və radikallara boylanır ki, “görürsüz, mən satqınlıq etmirəm”. İkincisi, Rusiyaya boylanır ki, “narahat olmayın, Rusiyaya qarşı davranış ortaya qoymayacağam”. Üçüncüsü, ABŞ-a, erməni lobbisinə boylanır ki, “mən sizin yanınızdayam və sizi unutmaram”. 

Beləcə, Paşinyan faktiki olaraq üç stulda əyləşmiş vəziyyətdədir və həmin stulların da ayağı kəsilməkdədir. Azərbaycan Prezidenti Ermənistan siyasi liderinə həm hərbi, həm də diplomatik cəbhədə başa salır ki, onun əməkdaşlıq etməkdən başqa alternativi yoxdur. Əks variant isə müharibədir ki, bu da Ermənistan dövlətçiliyi üçün sonun başlanğıcı ola bilər”.
Millət vəkilinin fikrincə, əməkdaşlıq üçün ilk növbədə sərhədlərin müəyyənləşdirilməsi vacibdir:

“Amma Ermənistan buna getmir. İndi də Paşinyan Blinkenlə görüşdə Azərbaycan Prezidentində hansı xəritələrin olduğu sualını verir. Cənab İlham Əliyev Laçında Azərbaycan bayrağını qaldırdı və oradan Azərbaycan, eləcə də dünya ictimaiyyətinə mesaj verdi ki, əlimizdə 19-20-ci əsrlərin xəritələri var və biz, sərhədləri bu xəritələrlə müəyyənləşdirməyə hazırıq. 
Ermənistan isə bu xəritələrdən qorxur. Çünki onların tarixi saxtadır və xəritələrsə həqiqətləri ortaya qoyur. Ona görə də, Nikol siyasi manipulyasiya ilə məşğuldur və bulanıq suda balıq tutmaq istəyir. Amma Azərbaycanın işi haqq işidir, biz öz hədəflərimizə bundan sonra da nail olacağıq”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO