Linn Treysinin MOSKVA TƏYİNATI: “Ermənistandakı keçmiş səfirin rus kəşfiyyatı ilə əlaqəsi ola bilər”

Linn Treysinin MOSKVA TƏYİNATI: “Ermənistandakı keçmiş səfirin rus kəşfiyyatı ilə əlaqəsi ola bilər”

Hazırda oxunan: Linn Treysinin MOSKVA TƏYİNATI: “Ermənistandakı keçmiş səfirin rus kəşfiyyatı ilə əlaqəsi ola bilər”

95554

ABŞ prezidenti Co Bayden hazırda Ermənistanda diplomatik missiyanın rəhbəri olan Linn Treysini ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə təyin edib. 

Linn Treysi üçün Moskva yad yer sayılmır. Xanım diplomat 2014-2017-ci illərdə ABŞ-ın Moskvadakı səfirliyində səfirin müavini olub.

Bundan daha əvvəl Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri Bürosunda Rusiya məsələlərinə dair böyük müşavir vəzifəsini tutub. 

Treysi öz karyerası müddətində müxtəlif ölkələrdə, o cümlədən Türkmənistan, Pakistan və Qazaxıstanda ABŞ-ın diplomatik nümayəndəliklərində çalışıb. Sovet İttifaqı ilə bağlı tədqiqatlar üzrə ixtisaslaşıb, hüquq təhsili alıb, rus dilini bilir. Yəni, xanım Treysi Rusiyaya yenidən və daha üstün statusla qayıdır.

Amma Ağ Evin bu qərarı siyasi aləmdə birmənalı qarşılanmayıb. Niyə Ermənistandan sonra Rusiyaya və məhz elə bu zaman?

Məsələyə münasibət bildirən politoloq Cümşüd Nuriyev Bizim.Media-ya maraqlı açılamalar edib: 

“Hazırda ABŞ-la Rusiya arasında münasibətlər “soyuq müharibə” dövründəki təhdidlərdən daha qorxulu və qlobal təhlükəyə çevrilib. Hər 2 dövlət öz maraqlarına uyğun hərəkət etmək istəyir. ABŞ hazırda nəinki öz daxili təhlükəsizliyini, eləcə də mövcud imkanlar daxilində başqa ölkələrə nəzarəti də ələ keçirmək istəyir. Rusiya da onu yaxşı başa düşür. Bilir ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri olan Treysiyə aqreman verməsəydi ABŞ ondan Rusiyaya qarşı bir vasitə kimi istifadə edə bilərdi.

Rusiya bunu çox gözəl başa düşür. Bu birincisi. İkincisi də ABŞ-ın təkcə Ermənistandakı yox, bütün ölkələrdə olan səfirləri barədə rus kəşfiyyatında 100 faiz dəqiq məlumatlar var. Heç kim zəmanət verə bilməz ki, Treysi əvvəl Moskvada işləyərkən və Ermənistanda olanda da özü də bilmədən hansısa rus kəşfiyyatının adamlarıyla görüşməyib. Bu məsələdə ən çox da ehtimal edilən elə erməni məmurlarıdır. Onların əksəriyyəti bu və ya digər şəkildə rus kəşfiyyatına bağlıdır. Ona görə də Teresinin aqreman verilməsi onun Moskvaya transferi Rusiyanın maraqları çərçivəsində olub ki, Kreml bu məsələyə çox asanlıqla razılıq verib”. 

Cümşüd Nuriyev onu da əlavə etdi ki, ABŞ zənn edir ki, Ermənistanda olarkən Treysinin fəaliyyəti Ağ Evin maraqlarına uyğun həyata keçib.
 

Amma əsas odur ki, Treysi Ermənistandakı fəaliyyətini Rusiyada o şəkildə həyata keçirə biləcəkmi? Təbii ki, heç kəsin zəmanəti yoxdur ki, Rusiya ona qarşı kompramatlar hazırlamadan ona aqreman verib. 


Görünən odur ki, böyük güclərin maraq dairəsi getdikcə genişlənir. Və həmin maraq çərçivəsinə uyğun olaraq həyata keçiriləcək tədbirlər də rəngarəngləşir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO