ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi fikir və düşüncələrinə sadiq qalan siyasətçilərdən deyil. Onun tez-tez düşüncələrini dəyişdiyinin şahidi olmuşuq. O, Amerikada ziddiyyətli siyasətçi imici qazanıb.
1. O, bir çox demokrat konqresmenlə birlikdə Prezident Corc Buşa qarşı 2004-cü ildə impiçment elan edir. Pelosi daxil onlar hesab edirdilər ki, Buş İraqda kütləvi qırğın silahının olmasından danışarkən Konqresi aldadıb.
Pelosi həmçinin iddia edirdi ki, Buş order olmadan vətəndaşların telefon danışıqlarını izləməyə icazə verməklə amerikalıların azadlığına qəsd edib.
MÖVZU İLƏ BAĞLI:
Nensi Pelosinin İrəvan səfərində korrupsiya izi
Lakin 2006-cı ilin mayında Pelosi bəyan edir ki, demokratlar Buşun yürütdüyü siyasətə ciddi nəzarəti həyata keçirsələr də onun impiçment məsələsinə baxılmayacaq. Hətta Nümayəndələr Palatasının spikeri olandan sonra da təmsil olunduğu dairə Buşun impiçmentini dəstəkləsə də, Pelosi əvvəlki mövqeyindən geri çəkilir.
2. 2011-ci ilin noyabrında Pelosi daxil bir neçə konqresmen fond birjasında ticarət üçün qapalı mənbələrdən məlumatların istifadəsində ittiham olunur.
Nümayəndələr Palatasında kredit kartı ödənişləri üzrə ödənişləri məhdudlaşdıran qanun layihəsinin müzakirəsi ərəfəsində xanım Pelosinin Visa səhmlərini satın aldığı bildirilirdi.
3. 2009-cu ilin martında “NyuYork Post” qəzetinin yazdığına görə, "Judicial Review" hüquq müdafiəsi təşkilatının əlinə Pelosinin əməkdaşlarının elektron məktubu keçir. Hansı ki, burada ABŞ Hərbi Hava Qüvvələrindən vergi ödəyiciləri hesabına Pelosinin səyahəti üçün Boeing 757 təyyarəsilə təmin edilməsi tələb olunurdu.
4. Pelosinin əvvəlki Prezident Donald Trampla münasibətləri çox kəskin olub. 2019-cu ildə o hər şey edib ki, Tramp Nümayəndələr Palatasında çıxışını ləğv etsin.
Bir il sonra bu çıxış baş verdikdə isə protokola uyğun hərəkət etməyərək, Trampın əlini sıxmayıb, sonda isə hətta Prezidentin çıxışının mətni yazılan vərəqi cırıb.
5. Pelosi həm də pandemiya qadağalarına əməl etməyən siyasətçilərdəndir. Pandemiyanın əvvəlində o bu virusun ciddi olduğunu qəbul etməsə də sonradan virusa qarşı mübarizədə ciddi qadağaların qoyulmasına tərəfdar çıxıb. Amma maraqlıdır ki, qadağalara tərəfdar çıxsa da, özü onu pozub. Pelosi pandemiyanın qızgın çağında gizlincə Qadın salonuna gedib.
Rüfət Sultan, Bizim.Media