“İran Zəngəzurda Azərbaycanla yox, qlobal güclərlə qarşılaşacaq” – Tehranın təhdidlərinə CAVAB 

“İran Zəngəzurda Azərbaycanla yox, qlobal güclərlə qarşılaşacaq” – Tehranın təhdidlərinə CAVAB 

Hazırda oxunan: “İran Zəngəzurda Azərbaycanla yox, qlobal güclərlə qarşılaşacaq” – Tehranın təhdidlərinə CAVAB 

94772

“İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı yeni təhdidlərin ünvanlanması gözlənilən idi. Belə ki, Ermənistanın son təxribatlarından sonra Azərbaycanın mövqeyi daha da güclənmiş oldu. Bunun bariz nümunəsi KTMT-nin məlum hadisələrə verdiyi cavab və ŞƏT çərçivəsində Azərbaycanın ünvanına səsləndirilən mesajlar oldu”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.

İran rəsmilərinin Azərbaycana qarşı artan təhdidlərinin səbəblərindən danışan politoloq bildirib ki, Səmərqənddə Çin rəhbəri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsini bir daha rəsmən bəyan etdi: 

“Bu özlüyündə siyasi mesaj idi ki, ünvanına çatdı. Eləcə də görüşdə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə real nəqliyyat imkanları yeni müstəvidə daha çox iqtisadi maraq kəsb etdi. Bu halda İranın Ermənistandakı səfiri, eləcə də XİN nümayəndəsi, bu günlərdə isə parlament nümayəndəsinin bəyanatları gözlənilən idi. İran yaxşı başa düşür ki, Zəngəzur dəhlizinin açılması artıq zaman mövzusudur. Bu dəhlizin açılması üçün siyasi qərar çoxdan verilib. Hüquqi baza da mövcuddur. son təxribatdan sonra isə Azərbaycan ordusunun strateji üstünlüyü bu dəhlizin açılmasını daha da real edib”.

Amid Əliyev qeyd edib ki, bölgə üzrə əsas dövlətlər, eləcədə qlobal güc hesab olunan Böyük Britaniya, Çin bu dəhlizin reallaşmasında olduqca maraqlıdırlar:

“Bu isə İranı narahat edən əsas məqamlardan biridir. Bu dəhlizin reallaşacağı təqdirdə İran özünün iqtisadi dividendlərinin bir qismini itirəcək və Ermənistanla birbaşa əlaqəni də Azərbaycan üzərindən əldə etməli olacaq. Görünür, bu məqamlar İran hökümətinin həm siyasi, həm də dini qollarını çox ciddi şəkildə narahat edib”.

Politoloq İranın Ermənistanla bağlı siyasətində düşmən adlandırdığı ABŞ-ın mövqeyinə uyğun istiqamət seçməsinə də münasibət bildirib: 
 

“Əslində, İranı daha çox narahat edən məqam ABŞ-ın Ermənistana göstərdiyi dəstək olmalıdır. İran siyasi və dini rəhbərliyi başa düşməlidir ki, ABŞ-ın Ermənistanda siyasi nüfuza sahib olması gələcəkdə İran üçün ciddi başağrısı ola bilər. İllərdir ABŞ-la siyasi razılıq əldə edə bilməyən İrana qarşı Ermənistandan platsdarm kimi istifadə oluna bilər.


Eyni zamanda, bu günlərdə İranda daxili siyasi gərginliklər daha çox müşahidə olunur ki, bu da Tehran hökümətinin öz vətəndaşlarına qarşı göstərdiyi təzyiqlərlə birbaşa bağlıdır. Bu qədər çətinliklər arasında Zəngəzur dəhlizinə qarşı çıxmaq İranın xarici siyasətində bağışlanmaz səhvə gətirib çıxara bilər. Burada İran Azərbaycanla yox, real qlobal güclərlə qaşılaşmalı olacaq”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO