44 günlük müharibədən sonra qaynar nöqtələr Ermənistanla Azərbaycan sərhəddinə daşındı. Son 2 ildə Ermənistan tərəfi davamlı olaraq təmas xətti boyunca təxribatlar törədir. Doğrudur, Azərbaycan ordusu bütün təxribatların qarşısında operativ və layiqli şəkildə alır.
Amma bütün bu hadisələr zamanı Azərbaycan oğulları da şəhid olur. Vətən uğrunda canlarından keçən igidlərimizin xatirəsi əziz olmaqla bərabər bizi qətiyyətli qələbənin əldə edilməsi üçün addım-addım həmin günə yaxınlaşdırır.
Sentyabrın 12-də və 13-də baş verən təxribatlarda da Azərbaycan ordusu düşmənə layiqli cavab verdi, bir neçə strateji yüksəkliyə nəzarət əlimizə keçdi, lakin 80 igidimizi itirdik. Bu da onu göstərir ki, Ermənistan sülh sazişi bağlasa belə sərhədboyu ərazilərdə atəşkəs rejimi davamlı olaraq pozulacaq.
Çünki, atəşkəsin pozulması daha çox Ermənistandakı daxili proseslərlə əlaqəlidir. Həm Paşinyan iqtidarı, hım də ki, erməni müxalifəti təmas xəttində gərginlik yaratmaqla cəmiyyətə müəyyən mesajlar verirlər.
Ona görə də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalansa belə ermənilər davamlı şəkildə atəşkəs rejimini pozacaqlar. Bu həm də erməni xislətindən irəli gələn mundarlıqdır. Çünki, ermənilər üçün mehriban və dost qonşu yoxdur.
Ermənilər bütün qonşulara qarşı ərazi iddiasındadır. Bu avantürist iddialardan əl çəkilməyincə atəşkəs rejimi tez-tez pozulacaq.
Bəs, nə etməli?
Məşhur sualın cavabı çətin olsa da yox deyil. Həmin cavablardan bəlkə də ən birincisi Ermənistanla Azərbaycan sərhəddi boyu bufer zonanın yaradılmasıdır. Yada salaq ki, 44 günlük müharibədən sonra bununla bağlı həm ölkəmizdə, həm də beynəlxalq aləmdə müxtəlif təkliflər səsləndi.
Bəzi soydaşlarımız hətta Ermənistanla sərhəd boyuncu 4 -5 metr hündürlükdə dəmir-beton hasarın tikilməsini də təklif edirdilər. Rusiya politoloqları isə bufer zona yaradılmasını və bura rusiyalı sülhməramlıların yerləşdirilməsini məqsədəuyğun hesab edirdilər.
Hadisələrinin sonrakı inkişafı göstərdi ki, Ermənistanla sərhəd boyu təhlükəsizlik zonasının yaradılmasını qaçılmazdır. Və bunu zəruri edən bir sıra səbəbləri var.
Birincisi, bufer zonanın yaradılmasının ölkəmiz üçün çox böyük iqtisadi səmərəsi var. Çünki, Ermənistanla sərhədlərimizin uzunluğu 700 kilometrdən çoxdur. Bu uzunluqda sərhəddin də demək olar ki, hamısı çətin coğrafi relyefə malik ərazilərdən keçir. Yəni çətin relyefə malik ərazilərdə sərhəd infrastrukturu yaratmaq çox baha başa gələcək. Qarabağ və ətraf ərazilərin bərpasının prioritet olduğu bir vaxtda sərhəd quruculuğuna 100 milyonlarla vəsaitin xərclənməsinə indiki vaxtda o qədər də lüzum yoxdur.
İkincisi, bufer zonanın yaradılması təxribatların, ən əsası insan itkisinin qarşısını alacaq.
Üçüncüsü, bufer zonanın yaradılması Qarabağdakı sülhməramlıların Azərbaycan torpaqlarından çıxmasını daha da sürətləndirə bilər. Məlumdur ki, ruslar bütün vasitələrlə Cənubi Qafqazda hansısa miqdarda hərbi kontingent saxlamaqda israrlıdır.
İndiki, halda bufer zonasının yaradılması rusların da maraqlarını tamamilə təmin edir. Nəticədə, ruslar Azərbaycan ərazilərinin içərilərində deyil, sərhəddində yerləşmiş olur. Bu da həm ölkəmizin suverenliyinə, həm də ərazi bütövlüyümüzə heç bir təhdid yaratmır.
Təsadüfi deyil ki, bir neçə gün əvvəl Milli Məclisin Komitə sədri Ziyafət Əsgərov da Ermənistanla sərhəddə təhlükəsiz zonası yaradılması təşəbbüsü ilə çıxış etmişdi:
"Biz təklif edirik ki, Ermənistanla sərhəddə təhlükəsiz zona yaradılsın və ora köçürüləcək məcburi köçkünlərimiz özlərini rahat hiss etsinlər”.
Görünən odur ki, indiki halda Ermənistanla sərhədboyu təhlükəsizlik zonasının yaradılması bütün parametrləri ilə ölkəmizin həm xarici, həm də ki, daxili siyasətinə cavab verir.
Hazırda bu ideya regionun stabilləşməsində maraqlı olan bir neçə super güc üçün də vacib görünür.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:25 / 19.09.2022
Ermənistanla Azərbaycan arasında BUFER ZONA yaradılacaq – Son təxribatların NƏTİCƏSİ
Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında BUFER ZONA yaradılacaq – Son təxribatların NƏTİCƏSİ
Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında BUFER ZONA yaradılacaq – Son təxribatların NƏTİCƏSİ
94530
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.