II Elizabetin sevimli AZƏRBAYCANLISI – O, kraliçanın tədbirinə niyə getmədi?  - TƏFƏRRÜAT - VİDEO

II Elizabetin sevimli AZƏRBAYCANLISI – O, kraliçanın tədbirinə niyə getmədi?  - TƏFƏRRÜAT - VİDEO

Hazırda oxunan: II Elizabetin sevimli AZƏRBAYCANLISI – O, kraliçanın tədbirinə niyə getmədi?  - TƏFƏRRÜAT - VİDEO

93963

Bir neçə gün əvvəl vəfat etmiş Böyük Britaniya kraliçası ll Elizabeti Azərbaycanla bağlayan məqamlardan biri də onun Qarabağ atlarına vurğun olması idi.

1956-cı ildə yenicə taxta çıxmış ll Elizabetin 30 yaşı bütün dünyada qeyd edilirdi. O zaman, SSRİ-yə rəhbərlik edən Nikita Xruşşov da kraliçanın yubileyini özünəməxsus şəkildə təbrik etmək istəyirdi. Xruşşov öyrənir ki, gənc kraliçanın atlara xüsusi həssaslığı var. Ona görə Mərkəzi Komitə qərara alır ki, ona Qarabağ atı hədiyyə edilsin. Bu məqsədlə Moskvadan Şuşaya xüsusi komissiya gəlir.

“Cıdır düzü”ndə kraliça üçün “Zaman” adlı bir at seçirlər. Lakin, ortaya bir problem çıxır. Bu atı Londona qədər kim müşayət edəcək?!

Bu məqsədlə Mərkəzi Komitə 30 idmançı arasında seçim aparır. Lakin Xruşşov heç bir idmançını bəyənmir. Bu zaman generalların atlarını tədbirlərə hazırlayan 26 yaşlı jokey Əli Tağıyev yada düşür. Onu təcili MK-ya çağırırlar, xüsusi geyim hazırlatdırılır və ciddi tövsiyyə və tapşırıqlar verilir.

Nəhayət, Əli Tağıyev öz “Zaman”ı ilə Londona gəlib çıxır. II Elizabet “Zaman” görən kimi ona vurulur. Ata o qədər bağlanır ki, ona qulluq göstərmək üçün Əli Tağıyevin Londonda bir müddət qalmasını xahiş edir.

Beləcə, gənc Əli uzun müddət Britaniyada qalır və “Zaman”ı yarışlara hazırlayır. 

Bəzi iddialara görə “Zaman” o qədər cəlbedici olur ki, kral sarayında və Londonda qadınlar saçlarını atın yalı rəngində boyayırlar. Hətta 50-60-cı illərdə Avropadakı saç dəbi “Zaman”ın rəngindən qaynaqlandığını söyləyənlər də var. 

Ən əsası, 50-ci illərdə Kral sarayındakı bütün atlar “Zaman”la cütləşdirilir. Və bu gün krallığın at təsərrüfatı Qarabağ cinsinin törəməsi olduğu deyilir.

ll Elizabetin “Zaman”a olan sevgisi ona baxan Əli Tağıyevə də sirayət edir. Kraliça Əlini heç zaman yaddan çıxartmır. Kraliça hakimiyyətə gəlməsinin 60 illik yubiley tədbirinə Əli Tağıyevi də dəvət edir. Lakin Əli Tağıyev dünyasını dəyişdiyinə görə nəvələri bu tədbirə qatılır.

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO