Roma Papasından Azərbaycan və Ermənistanla bağlı ÇAĞIRIŞ

Roma Papasından Azərbaycan və Ermənistanla bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: Roma Papasından Azərbaycan və Ermənistanla bağlı ÇAĞIRIŞ

93839

Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında gərginliyin sülh yolu ilə tənzimlənməsi üçün hər kəsi dua etməyə çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Papa Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən mərasimdə çıxışı zamanı deyib. 

"Narahatlıqla öyrəndim ki, bu saatlarda Qafqaz regionunda yeni gərginlik ocaqları alovlanıb. Hər kəsi sülh üçün dua etməyə çağırıram. Dua edək ki, razılaşma fitnədən üstün olsun", - o bildirib. 
Qeyd edək ki, Roma Papası Fransisk Qazaxıstanda səfərdədir. O, Dünya və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO