Şarl Mişeldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə REAKSİYA 

Şarl Mişeldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə REAKSİYA 

Hazırda oxunan: Şarl Mişeldən Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə REAKSİYA 

93596

“Azərbaycan-Ermənistan sərhədində döyüşlərin getməsi ilə bağlı xəbərlər son dərəcə narahatedicidir”.

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

O qeyd edib ki, tam və dayanıqlı atəşkəs şərtdir:

“Sülh və sabitliyin alternativi mövcud deyil. Bunu təmin etmək üçün diplomatiyanın alternativi yoxdur”.
“Mən həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistan Baş naziri Nikol Paşinyanla əlaqə saxlayıram. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar danışıqlar üçün Bakı və İrəvana gedəcək”, - Avropa İttifaqı Şurasının Prezidenti vurğulayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO