Sərhəddə atəş dayandırıldı

Sərhəddə atəş dayandırıldı

Hazırda oxunan: Sərhəddə atəş dayandırıldı

93488

Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, sərhədin müəyyən edilmiş hissəsində düşmənin hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb 


Məlumata görə, bu gün saat 9:00-dan başlayaraq tərəflər arasında atəşin dayandırılması ilə bağlı razılıq əldə edilib. 

Qeyd edək ki, ötən gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO