Saxta erməni iddialarına peşəkar cavab – İRƏVAN DA BİZİMDİR - Fotofakt - VİDEO

Saxta erməni iddialarına peşəkar cavab – İRƏVAN DA BİZİMDİR - Fotofakt - VİDEO

Hazırda oxunan: Saxta erməni iddialarına peşəkar cavab – İRƏVAN DA BİZİMDİR - Fotofakt - VİDEO

9330

193 ildir ki, ermənilər İrəvan və Qarabağ iddiasındadır. Onların iştahasında Naxçıvan, Gəncə, Kürə qədər bütün ərazilər, hətta Gürcüstanın bir hissəsi, Batumi də xüsusi yer tutur.

Bizim.Media əsassız erməni iddialarına aydınlıq gətirmək üçün müəyyən tarixi faktları nəzərdən keçirib.

Əvvəlcə ermənilərin mənimsədikləri və bundan sonra da özəlləşdirməyə çalışdıqları qədim Azərbaycan mirasına baxaq:

Ermənilər Qars, İğdırla yanaşı Qərbi Azərbaycanda yerləşən İrəvan xanlığımızın torpaqlarına iddia edir.

Onların uydurmalarına görə, bizim eradan öncəki Urartu erməni dövləti olub, amma bunu erməni tarixçi olan Filip Ekozyants təkzib edir. Onlar Azərbaycan torpaqlarına Türkiyə, Suriya və İran ərazilərindən köçürüldüklərini inkar edirlər.

Lakin ötən iki əsrin rus tədqiqatçıları bunu əsərlərində də qeyd edirlər ki, erməniləri Qafqaza, ümumilikdə Azərbaycan ərazilərinə Çar Rusiyası və SSRİ hakimiyyəti köçürüb. 

O zamankı Avropanın güclü dövlətləri ilə də razılaşdırılmış köçürmənin məqsədi iki müsəlman-türk dövləti arasında bir xristian dövləti yaratmaq və Türkiyə-Azərbaycan birliyinin güclənməsinin qarşısını almaq idi. Xatırladaq ki, 1878-ci ildə San-Stefano sülh müqaviləsi ilə Avropa və Rusiya erməni bəyliyini Türkiyə ərazisində yaratmağı planlaşdırsa da, niyyətləri baş tutmayan təqdirdə gözlər İrəvana dikildi. 

Erməni uydurmalarının ikinci etapı 1993-cü ildən sonra başladı. Belə ki, hibrid millət və dövlət Azərbaycan torpaqlarını işğal etdikdən sonra Qarabağdakı bütün alban məbədlərini özününküləşdirməyə start verdi. 

Erməniləri özündən çıxaran, onların gizlətməyə çalışdıqları faktlardan biri də 1827-ci illə bağlıdır.

Belə ki, həmin tarixdə İrəvanda bir nəfər də olsun erməni yox idi. Bu tarixi fakt ermənilərin İrəvan iddiasının üstündən xətt çəkir. Çünki onlar İrəvana bir il sonra – 1828-ci ildə köçürülməyə başlayıb.

193 il əvvəl Türkmənçay müqaviləsi ilə Çar Rusiyası yalançılıq, terror və sui-qəsdlər bacarığı olan erməniləri Azərbaycan ərazisinə köçürtməklə müxtəlif cinayətlər hesabına regiona nəzarətlərini gücləndirdi. Bundan sonra azərbaycanlılarla yanaşı, bölgədən müxtəlif türk millətlərinin deportasiyası başlandı.

Məhz, bu səbəbdən də onlar yaxın və uzaq keçmişə aid reallıqları gizlətməyə çalışırlar. Onları qıcıqlandıran həqiqətlərdən biri də odur ki, XVIII əsrdə regionda erməni adında məxluq barədə kimsənin (Çar Rusiyası, Osmanlı və Səfəvi imperiyaları) xəbəri olmayıb. 

Köçürmələrdən sonra da hazırki Ermənistan Respublikasının əhalisinin əksəriyyəti azərbaycanlılar idi.

İsbat kimi elə bizim torpaqlara erməni köçürmələrini həyata keçirən Çar Rusiyasının 1880-ci il Qafqaz diyarı ilə bağlı etnoqrafik xəritəsinə baxmaq kifayətdir. Xəritədə həmin vaxt Qafqaz diyarında yaşayan millətlər barədə informasiya da yer alıb.

Belə ki, İrəvan bölgəsində həmin dövrdə yaşayanların 51.4 %-i azərbaycanlılar olub. Ermənilər isə, İrəvan əhalisinin 38.5 faizini təşkil edirdi. Həmin ildə Gəncə quberniyasına aid olan Dağlıq Qarabağ əhalisinin də 60.8 faizi azərbaycanlılar, 33.3 %-i isə ermənilər idi. Çar imperiyasının 1880-ci ilə aid etnoqrafik xəritəsində Zəngəzur əhalisinin də çoxunu – 51.6 faizini azərbaycanlılar təşkil edirdi. 

O ki qaldı, ermənilərin özlərinin mədəniyyət beşiyi adlandırdığı Şuşaya, bunu söyləməklə onlar saxta tarix və yalançı xislətlərini açmış, özlərini gülünc vəziyyətə salmış olurlar. 

Tarixçi Rizvan Hüseynovun sözləri ilə desək, Şuşa qalası 1750-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa olunmağa başlayıb. İki əsas girişi olan Şuşanın qala qapıları digər xanlıqların adı ilə - biri İrəvan, digəri isə Gəncə adlanırdı. 

Tarixçinin öz saytında da qeyd edilən informasiyalara görə, Çar Rusiyasının işğalından sonra ruslar da şəhərin tarixi görkəmini dəyişməyə çalışıb. 

“Deyilənə görə, 1988-ci ildə Şuşanın yeni baş planı hazır idi. Plana görə, şəhərdən qonşu kəndə kanatla yol çəkiləcəkdi. Bununla yanaşı “Yeni Şuşa” salınacaqdı. I Qarabağ müharibəsinə görə bu plan baş tutmadı. Şəhərin işğalda olan illəri isə Şuşa üçün ən zülmət illər idi. Azərbaycanın tarixi-mədəni irsi məhv edilirdi. Erməniləri Şuşanın əsl tarixi görkəmini dəyişmək üçün şəhərə xristian tarixi verməyə çalışırdılar. Buna görə də onlar şəhərin planın dəyişib, işğal illərində yeni kilsə tikiblər. Bu kilsəni qəsdən elə inşa ediblər ki, xristian məbədi Şuşanın hər bucağından görünür. Məncə, belə məqamlar şəhərin bərpasında nəzərə alınmalıdır”

Tarixçinin fikrincə, işğaldan azad olunan Şuşa musiqi beşiyi və zəngin savaş ənənələri olan qala kimi inkişaf etdirilməlidir.

Çünki Şuşa mədəniyyətimizin mərkəzi olmaqla yanaşı həm də hərbi-siyasi əhəmiyyəti olan simvoldur. 

Anar Rəhimov, Bizim.Media 








 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO