Şuşaya getməyən Fransa səfiri Bakıya qayıdır

Şuşaya getməyən Fransa səfiri Bakıya qayıdır

Hazırda oxunan: Şuşaya getməyən Fransa səfiri Bakıya qayıdır

92146

Şuşada diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən qlobal konfransda iştirak etməyən Fransanın Azərbaycandakı səfiri Zakari Qross Bakıya qayıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Qross öz Twitter səhifəsində yazıb.

“Yay tətili və səfirlərin konfransı başa çatdı. Mən diplomatik missiyamın son mərhələsi üçün Azərbaycana qayıdıram. Konfransda əhval-ruhiyyə yaxşı deyildi, kollektiv şəkildə Rusiya təcavüzünə cavab verəcəyik”, - Z.Qross qeyd edib.
Xatırladaq ki, sentyabrın 1-2-də Parisdə Baş nazir Elizabet Born, Avropa və Xarici İşlər naziri Katrin Kolonnanın iştirakı ilə Fransa səfirlərinin konfransı keçirilib və Fransa diplomatik missiyalarının gələn il üçün iş planı müzakirə edilib.

Yeri gəlmişkən, avqustun 27-də Şuşada baş tutan konfransda ABŞ və Fransa səfirləri iştirak etməyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO