Dameniko Letiza: “Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyur” - MÜSAHİBƏ

Dameniko Letiza: “Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyur” - MÜSAHİBƏ

Hazırda oxunan: Dameniko Letiza: “Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələr yeni mərhələyə qədəm qoyur” - MÜSAHİBƏ

91903

Prezident İlham Əliyevin İtaliyaya səfəri bir daha göstərdi ki, iki ölkə arasında dostluq, iqtisadi, humanitar əlaqələrin şaxələnməsi və inkişafı Azərbaycanın yeni dünya düzənində aparıcı ölkə olduğunu göstərir. Bununla yanaşı, ölkəmizin Avropanın enerji böhranında əsas rola malik olduğu da göz önündədir.

Ölkə başçısının Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirakı və çıxışı dünya mediasının manşetlərində yer aldı ki, bu da Azərbaycanın dünya enerjisində aparıcı ölkə olmasından xəbər verir.

İtaliyalı siyasi şərhçi, analitik Dameniko Letiza da Bizim.Media-ya müsahibəsi zamanı qeyd edir ki, İtaliya ilə Azərbaycan arasında dostluq son dərəcə narahat bir tarixi dövrdə və geosiyasi ssenaridə möhkəmlənir.

İki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyur.

- Cənab Letiza, Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri ötən gün yekunlaşdı. Bir çox görüşlər keçirildi və deyə bilərik ki, çox məhsuldar səfər oldu. Bu görüşləri necə qiymətləndirirsiniz?

- Görüşlər son dərəcə müsbət keçdi. İtaliya ilə Azərbaycan arasında dostluq son dərəcə narahat bir tarixi dövrdə və geosiyasi ssenaridə möhkəmlənir. Qlobal və çətin bir dövrdə ölkələrimiz arasında dostluğun möhkəmlənməsinə dair sadə müşahidə onu göstərir ki, İtaliya ilə Azərbaycan arasında əlaqələrin və təmasların əhəmiyyəti olduqca mühümdür. Bu bizə dostluq əlaqələrini anlamağa kömək edir.

Bu ssenaridə Azərbaycanın Romadakı səfirinin rolu mühüm idi. Açıq şəkildə qeyd edirəm ki, Azərbaycanın indiki səfiri Məmməd Əhmədzadə indiyə qədər görüşdüyüm ən yaxşı və ən önəmli diplomatlardan biridir.

Səfir beynəlxalq iqtisadiyyata baxan, qloballaşan cəmiyyətimizdə mühüm rol oynayan yaxşı diplomatiyanın səmərəliliyinin nümunəsidir. Ümid edirəm ki, Azərbaycan vətəndaşları ölkələrinin Romadakı səfirinin rolunu biləcək və onun fəaliyyətinin yaxın bir neçə il ərzində ölkələrimiz arasında dostluq üçün faydalı olacağını başa düşəcəklər.

- İtalya və Azərbaycan arasında böyük iqtisadi əlaqələr var. Buna misal olaraq Avropaya enerji ixracını göstərmək olar. Bu iqtisadi əlaqələr daha da inkişaf edəcəkmi?

- İqtisadi diversifikasiya həm Azərbaycanda, həm də İtaliyada baş verir və buna görə də iqtisadi əlaqələr nəinki yaxşılaşacaq, hətta daha da sinerji (birgə, homogen) olacaq və çoxsaylı sektorlara təsir göstərəcək. Mən müasir şəhərsalmada, dəqiq kənd təsərrüfatında mühüm təşəbbüslər haqqında oxuyuram və eyni zamanda mavi iqtisadiyyatdan hansı imkanların gələ biləcəyini anlamağa çalışıram.

Məsələn, Bakı körfəzindən və Körfəzdən gələn imkanları öyrənirəm, izləyirəm və gücləndirirəm. Bu ssenarilər və perspektivlər üzrə şəbəkələşmə gənclərin məşğulluğunun artırılmasına da kömək edəcək. Yeni dünya düzənində sözügedən iqtisadi inkişafın önəmi böyükdür.

- Son görüşdən sonra məndə belə bir təəssürat yarandı ki, Azərbaycan-İtaliya əlaqələri, yəni dostluq, iqtisadi, humanitar və s. əlaqələr yeni mərhələyə qədəm qoydu. Bu fikirlə razılaşırsınız?

- Bu dostluğu Avropada müharibə ilə səciyyələnən təlatümlü beynəlxalq ssenarilər çərçivəsində əlaqələndirsək, yeni mərhələ demək olar. Bununla belə, sərbəst şəkildə deyirəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq tarixə dayanır. Bu əlaqələr hazırda daha da inkişaf etdirilir və uzunmüddətli, eləcə də sabit olacaq.

- Cənab Letizia, vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO