“Qarabağ ermənilərinin siyahıya alınması lazımdır ki, bu proses onların dəqiq sayını və statusunu (burada yaşayan və ya əcnəbilər və s.) aydınlaşdırmaq, habelə onların Ermənistan vətəndaşlığından çıxmaq və Azərbaycan vətəndaşlığını almağa hazır olduqlarını başa düşmək üçün aparılmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.
Korotçenko bu prosesin necə və hansı mərhələlərlə həyata keçirilə biləcəyilə bağlı fikirlərini də bölüşüb:
“Aydındır ki, qanunsuz erməni silahlı birləşmələrinin bölgədən çıxarılmasından və separatçı administrasiyanın fəaliyyətinə son qoyulmasından dərhal sonra bu mümkün ola bilər. Azərbaycanın Daxili İşlər Nazirliyi və Statistika orqanları 2023-cü ildə siyahıyaalma keçirə bilər”.
Bizim.Media