Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg” agentliyinə müsahibə verib.
Bizim.Media-nın məlumatına görə, nazir müsahibəsində Azərbaycanda koronavirusla bağlı iqtisadi vəziyyəti dəyərləndirib. O həmçinin Vətən Müharibəsi və onun nəticələrindən də danışıb.
“Azərbaycan iqtisadiyyatı koronavirusa görə ötən il 4,3 faiz geriləmişdi. Bu il isə 3,4 faiz artım gözləyirik. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun da ölkəmizlə bağlı builki proqnozları nikbindir. Dünya Bankı bu il iqtisadiyyatımızın 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırır”.
Nazir Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı müharibədən sonra bölgədə yaranan yeni reallıqdan danışıb.
“44 günlük müharibə və Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra işğal altındakı torpaqlar azad edilib. Müharibədən sonra böyük yenidənqurma planları var. Nəqliyyat əlaqələri genişlənəcək, yeni geosiyasi reallıqlar Azərbaycan iqtisadiyyatında böyüməyə və məşğulluğa önəmli töhfə verəcək”, - M.Cabbarov əlavə edib.
O vurğulayıb ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərimizin inkişafı üçün 2,2 milyard manat xərcləyəcək.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:27 / 20.01.2021
Qarabağ üçün 2,2 milyard manat xərclənəcək - Mikayıl Cabbarov “Bloomberg”ə açıqladı
Hazırda oxunan: Qarabağ üçün 2,2 milyard manat xərclənəcək - Mikayıl Cabbarov “Bloomberg”ə açıqladı
Hazırda oxunan: Qarabağ üçün 2,2 milyard manat xərclənəcək - Mikayıl Cabbarov “Bloomberg”ə açıqladı
9101
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.