Azərbaycan-Qazaxıstan əməkdaşlığında əsas FAKTOR – “Ortaq DİL, ortaq TARİX, ortaq MƏDƏNİYYƏT” 

Azərbaycan-Qazaxıstan əməkdaşlığında əsas FAKTOR – “Ortaq DİL, ortaq TARİX, ortaq MƏDƏNİYYƏT” 

Hazırda oxunan: Azərbaycan-Qazaxıstan əməkdaşlığında əsas FAKTOR – “Ortaq DİL, ortaq TARİX, ortaq MƏDƏNİYYƏT” 

90724

Xəbər verdiyimiz kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması ilə yadda qalıb.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qazaxıstanlı həmkarı arasında “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalanıb.

Siyasi ekspert Amid Əliyev Azərbaycan və Qazaxıstan arasında münasibətlərin inkişafını şərtləndirən bir neçə mühüm səbəbi göstərib:

“Birincisi, hər iki dövlət türk dövlətidir və Türk Dövlətləri Təşkilatı daxilində mühüm əməkdaşlıq mövcuddur. Hər iki dövləti ortaq dil, din, tarix və mədəniyyət birləşdirir. Qazaxıstan hər zaman Azərbaycanı Qarabağ məsələsində dəstəkləyib. Hər iki dövlət Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasında mühüm rol oynayıb.

İkincisi, Qazaxıstanın rolu son zamanlar Rusiya Federasiyası və Ukrayna arasında baş vermiş münaqişə fonunda daha da artıb. Belə ki, Çindən gələn ticarət yolları iqtisadi sanksiyalar altında əzilən Rusiya Federasiyasından Qazaxıstana transformasiya olunub. Bu zaman Qazaxıstandan xaricə çıxış üçün isə ən əlverişli yol Bakıdır. Bu marşrut vasitəsilə Şərqdən Qərbə mühüm nəqliyyat yolu müəyyən edilib. Beləliklə, bu istiqamətdəki yeni marşrut daha çox siyasi-iqtisadi əhəmiyyətə malik olduğunu demək olar”.

Qazaxıstan artıq özünün neft və qaz məhsullarını da məhz Azərbaycan üzərindən Qərbə və dünya bazarına çıxarmaq niyyətindədir.

“Bunun təsdiqi kimi Qazaxıstan prezidentinin Bakıya səfəri zamanı SOCAR-la QazagGas arasında müqavilənin bağlanmasını göstərmək olar. Bu sahədə Azərbaycanın təcrübəsi və imkanları Qazaxıstan üçün olduqca vacibdir. Bir başqa məsələ Qazaxıstan dünyaya taxıl ixracını da məhz Azərbaycan vasitəsilə icra etməkdə israrlıdır. Bakının nəqliyyat qovşağı kimi imkanları buna tam şəkildə imkan verir. Bununla yanaşı, dünya üzrə yaranmış taxıl böhranı şəraitində Azərbaycan üçün də bu daha faydalı ola bilər”.

Qeyd olunanlarla yanaşı, Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər strateji xarakter də daşıyır.

“Qazaxıstan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu istiqamətdə Azərbaycanın addımlarını dəstəkləyir. Azərbaycanın son illər enerji bazarında və nəqliyyat sahəsində əldə etdiyi təcrübə və imkanlar Qazaxıstan üçün olduqaca vacibdir. Rusiya Federasiyası qarşı tətbiq olunan sanksiyalar şəraitində Qazaxıstan əlverşli və faydalı alternativ kimi məhz Azərbaycanı seçməsi məhz sadalanan bu səbəblərdən irəli gəlir”.

Sonda onu da qeyd etmək lazımdır ki, Türkiyənin təşəbbüsü ilə Orta Asiya ölkələrinin yeni siyasi reallığa uyğun olaraq yeni əməkdaşlığa sövq edilməsi istiqamətində də Qazaxıstan aktiv addımlar atır.

“Qeyd oluna faktlar onu deməyə əsas verir ki, Azərbaycan bölgədə Orta Asiya ölkəlıri üçün əlverişli əməkdaşlıq platforması yaratmışdır. Məhz Qazaxıstan prezidentinin də Azərbaycana səfəri bu əməkdaşlığın vacibliyini göstərir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO