Gürcüstan Prezidenti Mehriban Əliyevanı TƏBRİK ETDİ

Gürcüstan Prezidenti Mehriban Əliyevanı TƏBRİK ETDİ

Hazırda oxunan: Gürcüstan Prezidenti Mehriban Əliyevanı TƏBRİK ETDİ

90616

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Bizim.Media xəbər verir ki, Gürcüstan Prezidenti ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfəsinə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib:

“Bizim sıx münasibətlərimiz ölkələrimiz arasında mövcud olan mehriban qonşuluq əlaqələrində də öz əksini tapır. Siz Azərbaycanın inkişafı və güclənməsində xüsusilə vacib rol oynayırsınız.

Sizin mədəniyyət və təhsil sahələrindəki səyləriniz və təşəbbüsləriniz bunun təcəssümüdür. Əminəm ki, bu nailiyyətlərin sayəsində gələcək nəsil özünün zəngin mədəniyyətini daha dərindən anlayacaq və qadın lider olaraq Siz gənc xanımlar üçün ilham mənbəyi olacaqsınız. Zati-aliləri, bu əlamətdar gündə Sizə bir daha dərin ehtiramımı bildirir, ölkənizin dinc və firavan gələcəyinin təmin edilməsi işində uğurlar diləyirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO