İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi - FOTO-VİDEO

İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi - FOTO-VİDEO

Hazırda oxunan: İlham Əliyev bu ölkələrin səfirlərinin etimadnamələrini qəbul etdi - FOTO-VİDEO

90354

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Prezidentin Mətbuat Xidməti yayıb.
 




***

Ölkə başçısı həmçinin Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib. 






***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Tailand Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Apirat Suqondhabhiromun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir Apirat Suqondhabhirom etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. 

Dövlətimizin başçısı səfirlə söhbət edib. 

Prezident İlham Əliyev Azərbaycan-Tailand ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu qeyd edərək müxtəlif sahələrdə, xüsusən də Tailandda çox inkişaf edən turizm istiqamətində daha fəal şəkildə əməkdaşlığın həyata keçirilməsinin zəruriliyini bildirdi, texnologiya sahəsində əlaqələrin qurulmasının mümkünlüyünü vurğulayıb.
Azərbaycanda az sayda Tailand şirkətinin fəaliyyət göstərdiyini deyən dövlətimizin başçısı ölkələrimizin mövcud potensialı nəzərə alınaraq iqtisadi sahədə əlaqələrin genişlənəcəyinə ümidvar olduğunu deyib. 

Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən Apirat Suqondhabhirom paytaxtımızın gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını söyləyib.

Səfir də öz növbəsində Azərbaycan ilə Tailandın mövcud potensialını qeyd edərək, müxtəlif istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və insanlarımız arasında əlaqələrin qurulması istiqamətində səylərini əsirgəməcəyini bildirib. Söhbət zamanı qida məhsullarının emalı sahəsində əməkdaşlıq məsələlərinə də toxunulub.



Bizim.Media








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO