Baş katibdən təklif: \

Baş katibdən təklif: \"2022-ci ildə Şuşa  Türk dünyasının paytaxtı olsun\"

Hazırda oxunan: Baş katibdən təklif: \"2022-ci ildə Şuşa  Türk dünyasının paytaxtı olsun\"

8996

“Biz hər il Türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik”.

Bizim.Media-nın məlumatına görə, bunu bu gün  Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bildirib.
 


MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Ağdam məscidini Heydər Əliyev Fondu bərpa edəcək"


Bağdad Amreyev deyib ki, bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayır:

“Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq”

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO